Dünya ölkələrində sosial ədalət necə həyata keçirilir?
Gəlin, hegemon dövlət olan ABŞ-dan başlayaq. Artıq Senat təsdiq edib, büdcədən maliyyələşməklə ABŞ əhalisinin 85 faizi birbaşa 1400 dollar məbləğində illik yardım alır. Bu, dövlətin gəlirlərindən ölkənin bütün vətəndaşlarının yararlanmasına xidmət edir.
Rusiyada bu təminat uşaq doğularkən birdəfəlik yardımın onun hesabına köçürülməsi ilə həyata keçirilir. Gürcüstan bu məqsədlə neft və qaz kəmərlərinə görə aldığı tranzit xərci kimi, əhalisinə təbii qazı, neft məhsullarını və elektrik enerjisini həmin sərvətlərin sahibi olan Azərbaycandakı qiymətlərdən 3-4 dəfə ucuz satır. Hələ üstəlik burada dəniz səviyyəsindən 600 metr yüksəklikdə yaşayan gürcülər və ermənilər beynəlxalq konvensiativ normalara uyğun olaraq işlətdikləri təbii qaza görə 1 qəpik də ödəmirlər. Məsələ burasındadır ki, Gürcüstanda əhalinin yarıdan çoxu bu imtiyazdan Azərbaycanın hesabına yararlanır.
Türkmənistanda isə əhali təbii qazın istifadəsinə görə həcmindən asılı olmayaraq vahid məbləğdə, təxminən bizim 3 manat 50 qəpik dəyərində aylıq ödəniş verir. Üstəlik, ictimai nəqliyyat pulsuzdur.
Bütün dünyada, hətta torpağında yeraltı təbii sərvətləri olmayan ölkələrdə neft məhsulları, xüsusən benzin Azərbaycandakı qiymətlərdən çox ucuzdur. Azərbaycanda azərbaycanlı əhaliyə satılan benzin Rusiyada ruslara satılan benzindən də bahadır. Bu daşınma xərclərini artırır, həm yükdaşımalar, həm də sərnişin daşımaları qonşu Gürcüstandan və Ermənistandan dəfələrlə baha başa gəlir. Ən rüsvayçı hal odur ki, azərbaycanlılar məcbur olub sərhədi keçir, Azərbaycandan yanacaq məhsulları alan Gürcüstanda minik avtomobillərinə benzin vurub qayıdırdılar. Vəziyyətin biabırçılığını yuxarılarda da dərk etdilər. İndi bu hala bizimkilər tərəfdən gömrükxana qadağası qoyulub.
Sosial müavinətin təyinatında da ədalətsizlik mövcuddur. İmkansız ailələrə verilən yardımlar müxtəlif bəhanələrlə kəsilir, ya da təkrar bərpa edilmir. Məsələn, bəhanənin biri odur ki, şəxs ev kirayələyib, ayrıca yaşamalıdır, həmin şəxsin isə ev kirayələmək imkanı yoxdur, kirayə haqqı 150-250 manat həcmindədir, verilən yardım isə 113 manatdır. Yaxud kənd yerində şəxsin 0, 23 ha pay torpaq sahəsi var və buna görə bu sahə onun iş yeri sayılır, sosial yardım ödənmir, halbuki 0, 23 ha suvarılmayan torpaq sahəsindən il ərzində ən yaxşı halda 200-250 kq buğda, yaxud arpa götürmək mümkündür. Soruşuram, bu həcmdə gəlirlə il ərzində 4-5 başdan ibarət ailə necə dolana bilər?! Əslində, sosial müavinəti uşaq pulu ilə əvəz etmək ən ədalətli qərar olar və bundan bütün ailələr yararlana bilər. Azərbaycanda isə uşaq pulu məsələsinə baxılmasına rəsmi qadağa qoyulub.
Əlillik dərəcələrinin təyinatında da nöqsanlar var, hətta bu nöqsanların çoxu ƏƏSMN tərəfindən həyata keçirilən cinayət əməli sayıla bilər. Bir neçə kateqoriya üzrə əlillik statusu qeyri-qanuni olaraq ləğv edilmişdir, qeyri-qanuni ona görə deyirəm ki, ƏƏSMN icraedici orqandır, bu cür qərarlar verməklə qanunverici orqan olan Milli Məclisin səlahiyyətlərini mənimsəmişdir. \
Qanunun keçmişə şamil edilməsi, pensiya alanların müavinətinin kəsilməsi haqqında qərar verilməsi yolverilməzdir və Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Bu cür qərarların verilməsi cinayət əməlidir və nazirlik bu məsuliyyətdən heç bir halda haqlı çıxa bilməyəcəkdir. Son 5-6 ayda on minlərlə insanın pensiyası və sosial müavinəti dayandırılıb ki, bu da büdcəyə cəmi-cümlətanı 35 milyon manat xeyir gətirib. Bu məbləğ Azərbaycan Respublikasının büdcəsi üçün qəpik-quruşdur. Amma…nəticədə, on minlərlə insan dilənçi gününə düşüb, dolanışıqdan məhrum edilib. Onu da deyim ki, hər 500 pensiya ləğvetməsinin 400-nə məhkəmələrdə baxılır və vətəndaşın xeyirinə qərar verilir. 2020-ci ildə məhkəmə icraatında olan 16344 işə baxılmışdır ki, bunun da 3731-i, yəni 22, 9 faizi sosial təminat və pensiya hüququ ilə bağlıdır. Ali Məhkəmənin məlumatına görə, 2020-ci il ərzində ƏƏSMN-in iştirak etdiyi işlərin sayı 45, 7 faiz təşkil edib, yəni 2236 işə baxılıb, bunun 1022-də həmin nazirlik tərəf kimi iştirak edib. Bu rəqəmi günlərə bölsək, belə çıxır ki, ƏƏSMN-in səlahiyyətli şəxsləri hər gün 3-4 məhkəmədə iştirak ediblər. Daha doğrusu, nazirliyin hər günü məhkəmələrdə keçib. Hüquqşünasların araşdırmasına görə, məhkəmələrdəki ən çox iş sosial təminat və pensiya hüququnun pozulması ilə bağlıdır və bu vəziyyət Sahil Babayev nazir təyin ediləndən sonra daha acınacaqlı şəkil alıb. Təkcə bu fakt təsdiq edir ki, ƏƏSMN cinayətkar bir quruma çevrilmişdir, əlilləri və imkansız ailələri dövlətə qarşı qaldırır. Belə də demək mümkündür: ağzı qatıq kəsməyən nazir Sahil Babayev pensiyaları kəsməklə əhali arasında Prezidentə, hakimiyyətə qarşı üsyan hazırlayır. Bu erməni əsilli cnayətkarı da Səlim Müslümovun taleyi gözləyir.
Yeri gəlmişkən bir ciddi narahatçılığı da ifadə etmək istəyirəm. 2021-ci ilin ilk günündən başlayaraq mühüm ərzaq məhsulları 10-30 faiz arasında bahalaşmışdır və bu bahalaşma davam edir. Artımların müqabilində əhaliyə verilən əmək haqqında heç bir yüksəliş olmamışdır, əksinə, bu ilin yanvarından maaşların 2 faizi (bu, təxminən 20-30 manat edir) icbari tibbi sığortaya tutulur. Ərzaqlar isə aşağıdakı şəkildə bahalaşmışdır:
Bir neçə nümunə:
1 kq şəkər tozu 0,92 olub 1,08/1,10
1 kq qənd 1,40 olub 1,60/1,70
0,5 litr günəbaxan yağı 1,41 olub 1,55
1 litr günəbaxan yağı 2,58 olub 2,83
2 litr günəbaxan yağı 5,02 olub 5,53 və s.
Mühüm ərzaq məhsullarının bahalaşması ailələrin büdcəsinə izafi xərclər əlavə edir. Bahalaşma davam etməkdədir. Çay, qənd, şəkər tozu, yağ məhsulları, ət məhsulları, ağarantı, kartof-soğan ciddi bahalaşmaya məruz qalıb. Qənnadı məhsulları, peçenye və karamellər də imkansız ailələr üçün əlçatmaz olub.
Yekun olaraq deyim ki, əslində Azərbaycanda sosial ədalətsizlik hakimdir. Bu ədalətsizliyin səbəbkarları isə dövlətdə təmsil olunan və dövləti sarsıdan məmurlardır!
.
Bilal Alarlı,
filologiya üzrə fəlsəfə doktoru