Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar 4,6 mlrd. manatı ötüb

Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar 4,6 mlrd. manatı ötüb

Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar 4,6 mlrd. manatı ötüb

2023-cü ilin yanvar-noyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4,6 milyard manatdan çox olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9% və ya 565,2 milyon manat artıb.

Bu barədə “-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Hesabat dövründə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,8% artaraq 3 milyard manatdan çox olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 15,2 faiz artaraq 163,6 milyon manat, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 16,4 faiz artaraq 121,2 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,8% artıb və 842 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17% artaraq 593,3 milyon manat təşkil edib.

Share: