ACT Azerbaijan’ın jurnalistlərin təklifləri əsasında tərtib etdiyi Nyusletter dalğası davam edir. Bu həftə uşaqların kimə etibar olunmasından yazıblar. Araşdırmada bu məsələylə bağlı bir çox maraqlı məqamlar ortaya çıxıb.
Çalışan və ya sadəcə məşğul valideynlər əksər hallarda məcburən övladlarını kimlərəsə həvalə edirlər.
Bəs uşaqların təlim-tərbiyəsinin və təhlükəsizliyinin əhəmiyyətini nəzərə alsaq, övlad sahibi olub-olmamağından asılı olmayaraq Bakı sakinləri gələcəyimizi kimlərə etibar edir ?
Rəyi öyrənilmiş 400 paytaxt sakininin yarıdan çoxu (60%) uşaqların yaxın qohumlara (nənə, xala, bibi) etibar olunmasını doğru sayır.
Respondentlərin beşdə biri (21 %) körpələrin kiməsə etibar etmir. Uşaqları dayələrə həvalə edənlər sorğuda cəmi 1 % rəy qazana biliblər.
11% respondent üçün uşaqların baxçalara verilməsi məsələdən çıxış yoludur. Bəs körpələri baxçaya verərkən hansı müəssisələrə üstünlük verilir ?
Uşaqların baxçalara etibar olunmasını deyənlərin böyük qismi (65 %) yalnız dövlət baxçalarını uşaqlar üçün münasib hesab edir.
Respondenlərin beşdə biri (20 %) həm dövlət, həm də özəl baxçaları seçir.
Yalnız özəl baxçaları balacalar üçün uyğun hesab edənlər 4 %-dir.
Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.
Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.