Azərbaycanda yeni tikilən gəmilərə milli adlar nə vaxtda verilir?

Azərbaycanda yeni tikilən gəmilərə milli adların verilməsinə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra başlanıb.

Müstəqil.Az xəbər verir ki,  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin buv gün feysbukdakı səhifəsində yayınladığı məlumatda bu xatırlanıb.

Məlumatda deyilir:

“Məhz, onun təşəbbüsü ilə 1970-ci il martın 31-də Azərbaycan KP MK-nın büro iclasında bu məsələ qaldırılır və qərar qəbul edilir. 1970-ci ildə Həştərxanda “Xəzərdənizneft” birliyi üçün inşa edilmiş kran gəmisinə ad verilməsi məsələsi Azərbaycan KP MK-nın 2 fevral 1971-ci il tarixli büro iclasında müzakirə olunur. 1400 at qüvvəsinə və 25 ton yükqaldırma imkanına malik kran gəmisinə Azərbaycanın tanınmış neftçisi Fuad Səmədovun adı verilir.”

Müstəqil.Az

Share: