Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 229032nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 220565 nəfər müalicə olunaraq sağalıb, 3093 nəfər vəfat edib, aktiv xəstə sayı 5374 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3257, ötən müddət ərzində isə ümumilikdə 2364809 test aparılıb.