Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri Fikrət Əliyev tutduğu vəzifədən azad olunub.
Müstəqil.Az ölkə.az-a istinadən xəbər verir ki, Fikrət Əliyevin vəzifəsində nöqsanlara yol verdiyi və sağlamlığı qaydasında olan bir qrup vətəndaşı hərbi xidmətə çağırış zamanı müvafiq Tibbi Komissiyadan keçirmədiyi üçün tutduğu vəzifədən uzaqlaşdırılıb.
Qeyd edək ki, Fikrət Əliyev Milli Məclisin deputatı İlham Əliyevin qardaşıdır.
Müstəqil.Az