İmişlidə zəlzələ olub.
Bu barədə Müstəqil.Az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla saat 21:51-də Saatlı stansiyasından 17 km şimal-qərbdə İmişli ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Zəlzələ ocağı 52 kilometr dərinlikdə yerləşib.