Azərbaycanda”GetContact” proqramının istifadəsinə qadağa qoyuldu

Ötən gün bəhs etdiyimiz və Azərbaycanda da sürətlə yayılan “GetContact” proqramının istifadəsinə qadağa qoyulub.

Müstəqil.az xəbər verir ki, bu gün səhər saatlarından etibarən proqrama giriş etmək mümkün olmayıb. Proqram istifadəçiləri sistemdə əməliyyatı gerçəkləşdirmək istəsələr də, proqramın loqosundan başqa heç bir səhifənin açılmadığını görüblər.

Xatırladaq ki, bir müddət öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sözügedən proqramın təhlükəli olması barədə xəbərdarlıq yaymış və bunun istifadəçilərin şəxsi məlumatlarının oğurlanmasına istiqamətləndiyi vurğulanmışdı. Lakin proqramın bloklanması ilə əlaqədar qurum tərəfindən hələ heç bir məlumat verilməyib.

Qeyd edək ki, sözügedən proqram vasitəsilə kimliyi bilinməyən nömrələrin kimə məxsus olduğunu müəyyən etmək olurdu.

Müstəqil.Az

Share: