Azərbaycandakı kor ermənilər də birləşdi… – Yenə özümüzü görməzliyə qoyaq? + FOTO

Bizlərsə saxta “uzaqgörənliyimiz”, mənəvi korluğumuz, karlığımız, lallığımız hesabına  yurdlarımızın yalnız foto və videolarını görürük… Əgər yaddaşımız da koralmayıbsa…
28-ci ildir ayağımız dəyməyən Xankəndi adlı şəhərimizdə kor ermənilər bir yerə toplanıb növbədənkənar qurultay keçirib.
Moderator.az yazır ki, bu haqda separatçı erməni nəşrləri xəbər yayıb. “Artsax korlar cəmiyyəti” adlanan və faktiki olaraq işğal altındakı Azərbaycan torpaqlarında yaşayan kor ermənilərin birliyinin yaradılmasına xidmət edən qurumun qurulayında  müxtəlif məsələlərin müzakirəsindən sonra yeni sədr seçilib. “Ombudmen aparatının departament rəhbəri” Artak Beqlaryan yekdilliklə bu vəzifəyə layiq görülüb.
P.S. Torpaqlarımızdakı kor ermənilər fiziki baxımdan görməsələr də, faktiki olaraq o yurdlarda nəfəs alır, su içir, hərəkət edir, daşımızla-qumumuzla, gül-çiçəklərimizlə təmasda olurlar. Bizim milyonlarla görənlərimizin isə  Qarabağın bir çiçək tozuna belə toxunmaq imkanı yoxdur. Bu da yalançı “uzaqgörənliyimiz”in, mənən korluğumuzun, karlığımızın, lallığımızın hesabınadır… Yaddaşı koralmayanlarımız  öz yurdlarını  yalnız  foto və videolarda görür… Yenə özümüzü görməzliyə qoyaq, nə deyirsiz?..

Share: