Azərbaycandakı narkoman və alkoqoliklərin AÇIQLANAN RƏSMİ SAYINDA 1500-ü qadın çıxdı

Dövlət Statasitika Komitəsi əhalinin alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnməsi haqqında məlumat açıqlayıb.
Moderator.az xəbər verir ki, Komitənin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeydiyyatda olan xəstələrin əsas hissəsini hər yaş qrupunda təxminən eyni sayda olmaqla 25 yaşdan yuxarı şəxslər təşkil edib:
“Müalicə – profilaktika müəssisələrində alkoqolizm, narkomaniya və toksikomaniya diaqnozu ilə qeydiyyatda olan xəstələrin ümumi sayı 51,6 min nəfər olub ki, onlardan qadınların sayı 1,5 min, kişilərin sayı 50,1 mindir. Ümumu xəstələrdən 5 nəfəri isə 15-17 yaşlı yeniyetmələrdi”.
R.Süleymanovun sözlərinə görə, alkoqolizm və alkoqol psixozu diaqnozu qoyulanlar 21, 9 min nəfər, narkomaniya diaqnozu qoyulanlar isə 29, 5 min nəfər təşkil edir.
Həyatında ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan xəstələrin sayı 2,7 min nəfərdir.

Share: