Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan tərəfinin Ermənistanın 5 hərbçisini təhvil verməsini alqışlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə özünün tviter hesabında yazıb.
“Liderlərin avqustunun 31-də Brüssel görüşündən sonra Azərbaycan tərəfindən beş erməni məhbusun azad edilməsi ilə bağlı xəbəri alqışlayırıq. Əhəmiyyətli humanitar jestdir və təhvil-təslim prosesinin vasitəçilər olmadan baş tutması da diqqətəlayiqdir”.