2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 1 milyard 633.8 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 40% və ya 467 milyon dollar çoxdur.
“-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Almaniyadan Azərbaycana ixracın həcmi 2022-ci ilin ilk 11 ayı ilə müqayisədə 45% artaraq 842.7 dollara bərabər olub. Eyni dövrdə Azərbaycandan Almaniyaya ixracın həcmi isə 35% artaraq 791 milyon dollar təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Almaniyaya 29.8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.