Azərbaycanın axtarışa verdiyi fırıldaqçı Ukraynada tutuldu

Ukraynanın Ujqorod şəhərində dələduzluq ittihamı ilə beynəlxalq axtarışında olan Azərbaycan vətəndaşı saxlanılıb.

Müstəqil.Az yerli KİV-ə istinadən bildirir ki, 43 yaşlı Azərbaycan vətəndaşı İnterpol və Zakarpatye polis əməkdaşlarının birgə səyi ilə ticarət əyləncə mərkəzlərindən birinin qarşısında saxlanılıb. Saxlanılan şəxsin adının Azərbaycanda bir dəstənin dələduzluq əməlləri barədə cinayət işlərində hallandığı bildirilir.

Onun barəsində Bakı məhkəməsi axtarış elan etmişdi. İndi onun Azərbaycana təhvil verilib-verilməməsi barədə Ukrayna məhkəməsi qərar verəcək.

Müstəqil.Az

Share: