Azərbaycanın bədii gimnastika üzrə komandası Avropa çempionu oldu

Azərbaycanın bədii gimnastika üzrə komandası Avropa çempionu oldu

Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi adını qazanıb.

“Qafqazinfo” xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komandamız üç lent və iki topla yarışın qalibi olub.

Qeyd edək ki, bu, Azərbaycan gimnastika tarixində qrup komandamızın Avropa çempionatında qazandığı ilk qızıl medaldır.


Share: