Avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən -ya verilən xəbərə görə, yanvarın 29-da ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-800 m-dək məhdudlaşacağı gözlənilir.
Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.