“Azərbaycanın Britaniyadakı səfirliyinə radikal hücum məni şoka salıb” — Zaxarova

“Azərbaycanın Britaniyadakı səfirliyinə radikal hücum məni şoka salıb” — Zaxarova

“Mən Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istəyirəm. Azərbaycanın Britaniyadakı səfirliyinə edilən radikal hücum məni şoka salıb”.

Müstəqil.Az “Qafqazinfo”ya istinad edərək  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün teleqram kanalında yazıb.

“Gündüz vandalların bütöv bir izdihamı diplomatik nümayəndəliyin ərazisinə soxularaq dövlət rəmzlərini təhqir edib, binaya ziyan vurublar. Allaha şükür ki, heç kim xəsarət almayıb. Diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl daşıdır ki, bu da bütün dünyada diplomatların rahat işləməsini təmin edir”- , deyə Zaxarova qeyd edib.

Share: