“Azərbaycanın dəstəyi vacibdir” — ABŞ rəsmisi

“Azərbaycanın dəstəyi vacibdir” — ABŞ rəsmisi

Oktyabrın 21-də ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Huqo Gevara xarici işlər naziri Ceyhun Bayramovla birlikdə Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) üzvlərinin nahar yeməyində iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Gevara ikitərəfli əlaqələrə verdiyi dəstəyə görə xarici işlər nazirinə təşəkkürünü bildirib.

 O, ABŞ-ın Azərbaycanın enerji sektorunun şaxələndirilməsinə verdiyi dəstəyi, habelə qadınların iqtisadiyyatda iştirakının vacibliyini vurğulayaraq AmCham və ABŞ şirkətləri ilə birgə çalışan ABŞ səfirliyinin Azərbaycanda innovasiya və artımın stimullaşdırılmasında göstərə biləcəyi rolu vurğulayıb.


Share: