Cari ilin yanvarında Azərbaycan 32.66 min ABŞ dolları dəyərində diri heyvan ixrac edib. Bu isə dəyər ifadəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.1 faiz daha çox deməkdir.
“-Economics”in Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbərinə görə, cari ilin yanvarında 3 634.65 min ABŞ dolları dəyərində diri heyvan idxal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 43.9 % artım deməkdir.