Azərbaycanın Ermənistana qaytardığı hərbçilər Yerevana çatdı

Azərbaycanın Ermənistana qaytardığı hərbçilər Yerevana çatdı

Azərbaycanın humanistlik göstərərək Ermənistana qaytardığı 3 erməni hərbçini daşıyan təyyarə Yerevanın “Erebuni” hava limanına enib. Bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın ofisi məlumat yayıb.

“ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin səyləri nəticəsində Azərbaycan üç erməni hərbçisini geri qaytardı. Biz bu prosesin məntiqi olaraq davam edəcəyinə və tezliklə başa çatacağına ümid edirik”, – deyə Ermənistan Baş naziri müavininin ofisindən bildirilib.

Qeyd edək ki, erməni hərbçilər Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun müşayiəti ilə Yerevana çatdırılıblar.

***18:50

Humanizmə və humanist siyasətə uyğun olaraq, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra Qarabağda tərksilah edilmiş və barələrində həbs qətimkan tədbiri seçilmiş üç nəfər Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu azad edilib. Müstəqil.Az xəbər verir ki, hərbi əsirlərin ekstradisiyası Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingent komandiri general-leytenant Rüstəm Muradovun vasitəçilik missiyası ilə həyata keçirilib.

Azərbaycan hakimiyyəti Rovert Vardanyan, Samvel Şuxyan, Seyran Tamrazyanın hərbçilərini sərbəst buraxıb. Yaxın bir neçə saat ərzində hərbçilər İrəvana Bakıdan yola düşən xüsusi təyyarədə çatdırılacaqlar.

Müstəqil.Az-a rəsmi mənbələrdən bildiriblər ki, istintaq bu şəxslərin Azərbaycan ərazisində törədilən hərbi cinayətlərdə iştirakını müəyyənləşdirməyib.

Share: