Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində mübarizəyə başlayıb.
Oxu.Az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv VI qrupdakı ilk matçında Polşanı qəbul edib. Bakı İdman Sarayındakı qarşılaşma Azərbaycan yığmasının 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 7-ci dəqiqədə qonaqlardan Matyuş Mrovyek açıb. 3 dəqiqə sonra Xətai Bağırov tarazlığı bərpa edib. 17 və 24-cü dəqiqələrdə fərqlənən Rafael Vilela hesab arasındakı fərqi 2 topa çatdırıb. 25-ci dəqiqədə Polşa seçməsindən Sebastyan Lesçak buraxılan qollardan birinin əvəzini çıxıb. 2 dəqiqə sonra polşalılar Kamil Surmyakın qolu ilə hesabı bərabərləşdirib. Matçda son nöqtəni isə 34-cü dəqiqədə Bolinya qoyub.
Dünya çempionatı, seçmə mərhələ
7 oktyabr
20:00. Azərbaycan – Polşa – 4:3
Qollar: Xətai Bağırov, 10. Rafael Vilela, 17; 24. Bolinya, 34 – Matyuş Mrovyek, 7. Sebastyan Lesçak, 25. Kamil Surmyak, 27
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ikinci oyununu oktyabrın 11-də səfərdə Yunanıstana qarşı keçirəcək. Polşa seçməsi ilk oyununda yunanlara qalib gəlib – 3:0.