Azərbaycanın I kateqoriyalı güləş hakimlərinin sayı artıb

Azərbaycanın I kateqoriyalı güləş hakimlərinin sayı artıb

Azərbaycanın iki güləş hakiminin kateqoriyası yüksəlib.

Federasiyadan verilən məlumata görə, bunlar Bəşir İsazadə və Həbib Nuruludur.

Onlar buna iyunun 12-18-də Albaniyanın paytaxtı Tiranada təşkil olunan U-17 Avropa çempionatında nəzəri və praktiki təlimlərdə etimadı doğrultduqları və görüşləri yüksək səviyyədə idarə etdikləri üçün layiq görülüblər.

Gənc referilər I kateqoriyaya yiyələniblər. Bununla da bu kateqoriyaya sahib olan Azərbaycan təmsilçilərinin sayı 8-ə çatıb.

Qeyd edək ki, güləşdə beynəlxalq dərəcəli hakimlik 4 kateqoriyadan (I-S, I, II, III) ibarətdir.

Share: