Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İranda sel və daşqınlar nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə diplomat rəsmi tviter hesabında paylaşım edib:
“İranda baş verən daşqın nəticəsində çoxlu sayda insan tələfatı bizi dərindən kədərləndirir. İran xalqına və ölənlərin yaxınlarına başsağlığı verir və səbir diləyirəm”.