Azərbaycanın keçmiş Baş prokuroru vəfat etdi

 Azərbaycanın keçmiş Baş prokuroru İxtiyar Şirinov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər.

Mərhumun uzun müddətdir əziýyət çəkdiyi xəstəlikdən vəfat etdiyi qeyd edilib.

İ.Şirinov son vaxtlara qədər Milli Konqres Partiyası adlı siyasi qurumun rəhbəri olub.

70 yaşlı İ.Şirinov AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri, sonra Baş prokuror (1992–1993-cü illərdə) vəzifəsində çalışıb.


Share: