Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Əjdər Həmidov vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat yayıb.
“Bir həftəyə yaxın idi xəstəxanada müalicə alırdı. Heyf, itirdik. Teatrımızın rəhbərliyi və kollektivi adından dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik. Ruhu şad olsun. Əlvida, sənətkar! Səni unutmayacağıq, gözəl insan!”, – Zeynallı yazıb.
Müstəqil.Az