Azərbaycanın parlaq gələciyinə lap az qalıb

Azərbaycanın parlaq gələciyinə lap az qalıb

Həmişə arzu edirdik ki, kaş ki, gün gəlsin prezidentin Şuşaya, Ağdama, Laçına, Fizuliyə, Zəngilana, Qubadlıiya… səfər etməsini xəbərini eşidək. Şükürlər olsun ki, son günlər cənab prezidentin Qarabağa səfərləri adi hal alıb. Bütün Azərbaycan xalqı bu xəbərləri böyük məmmuniyyətlə qəbul edib, qürür hissi keçirir.

Prezident İlham Əliyev, birinci vitse prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva növbəti dəfə Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər etdilər.
Zəngilana gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev:
– Zəngilan rayonuna gəlmişik. Yolumuz Laçın rayonunadır. Yol boyunca Zəngilan rayonunda da tədbirlər var. Yenə də azad edilmiş torpaqlardayıq. Torpaqların bərpası prosesi artıq başlamışdır-deyərək sevincin bölüşdü.
Zəngilanda da cənab prezidendin üzündəki məmnunluq hamımızda qürür hissi oyatdı;
-Bura Zəngilan şəhəridir. Biz burada artıq olmuşuq, yenə də gəlmişik. Zəngilan şəhəri də digər şəhərlər kimi düşmən tərəfindən demək olar tamamilə dağıdılmışdır. Bir neçə ev qalmışdır. Burada onların hərbi hissəsi, polis bölməsi yerləşirdi. Bir də ki, xaricdən gələn ermənilər, burada qanunsuz yaşayan ermənilər. Zəngilanı bax bu günə qoyub mənfur düşmən.
Bütün şəhərlərimizin baş planları hazırlanır. Təqdim olunacaq, müzakirə ediləcək. Ondan sonra bərpa işlərinə start veriləcək.
Keçən dəfə Zəngilan şəhərinə gələndə bu bayrağı burada mən ucaltdım.
Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Hazırkı pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.
Yol boyunca Qubadlı rayonunun işğaldan azad edilən kəndləri barədə danışan Prezident İlham Əliyev:
– Bura Qubadlı rayonunun Xəndək kəndidir. Burada da şiddətli döyüşlər gedib. Ordumuz düşməni buradan qovaraq, məhv edərək bu əraziləri də azad etmişdir. Düşmən burada da qanunsuz olaraq məskunlaşmışdı. Çox ağır şəraitdə yaşayıblar. Baxın, görün, onların yaşadıqları evlər it damından artıq deyil. Mən deyəndə ki, o vaxt işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayırlar, bax bunu nəzərdə tuturdum. Aclıq, səfalət, qanunsuzluq hökm sürürdü. Belə bərbad yollardan istifadə edirdilər. Bu işıq dirəklərini biz torpaqları azad edəndən sonra quraşdırdıq-deyə qeyd etdi.
Qubadlı rayonunun Muradxanlı kəndi, ermənilər burada yaşayıblar, buranı da dağıdıblar. Artıq bərpa işləri gedir. Bu da Həkəri kəndidir. Baxın nə gündədir, ermənilər bu it damında yaşayıblar. Dağıdılmış bu evlər erməni faşizminin törətdiyi əməllərdir. Bütün dünya görsün bunları. Bu da onların traktorudur.
Bizim böyük planlarımız var. Biz bərpa işlərinə start verdik. Çalışacağıq ki, minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatsın, dəymiş ziyanın qiymətləndirilməsi aparılsın və bununla paralel olaraq, artıq infrastruktur layihələrinə start verildi. Bu gün Horadizdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyuldu.
Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək-deyə qeyd edib.
…Tezliklə Qarabağda bütün sahələrdə inkişafın şahidi olacaq. Yaradılan şəraitdən vətəndaşlarımız yararlanacaqlar.
Azərbaycanın parlaq gələciyinə lap az qalıb. Möhtərəm prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət tezliklə öz töhfəsini verəcək.
QARABAĞ AZƏRBAYCANDIR!
 
Xəzər rayon təhsil işçiləri adından;
Həzərxan  ƏBİLOV 
Share: