“Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Nazirlər Kabinetinin başçısı əlavə edib ki, Ermənistandan olan hərbçilər Qarabağda xidmət etmir.