“Azərbaycanın təqviminə yeni tarix daxil edildi” – Hikmət Hacıyev

“Azərbaycanın təqviminə yeni tarix daxil edildi” – Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ilə bağlı paylaşım edib.

H.Hacıyev Azərbaycanın milli təqviminə yeni tarixin daxil edildiyini bildirib.

 

“8 Noyabr – Zəfər Gününə həsr olunmuş Şuşa və Bakıda rəqs atəşfəşanlığı… Qarabağın, xüsusilə Şuşanın Ermənistanın 30 illik işğalından və müstəmləkəçiliyindən azad edilməsini simvolizə edən yeni tarix Azərbaycanın milli təqviminə daxil edilib”, – deyə Prezidentin köməkçisi qeyd edib.(Qafqazinfo)

 

Share: