Azərbaycanın təşəbbüslərinə dəstək vermək lazımdır

Azərbaycanın təşəbbüslərinə dəstək vermək lazımdır

Azərbaycanın təşəbbüslərinə dəstək vermək lazımdır

“Britaniyada vəziyyət fərqli olsa da, hələ də İslamofobiya problemləri var”.

xəbər verir ki, bunu Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində “Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış” adlı panel müzakirəsində Əfzal Xan Böyük Britaniya Müsəlmanları Parlament Qrupunun sədr müavini, Əmək Biznesi və Ticarətdə İxrac üzrə keçmiş kölgə naziri Əfzal Xan deyib.

O bildirib ki, Qəzzada baş verənlərə etiraz olaraq öz vəzifəsindən istefa verib:

“Britaniyada vəziyyət fərqli olsa da, hələ də İslamofobiya problemləri var. Son hesabatlar göstərir ki, Britaniya müsəlmanlarının 35 faizi inancına görə hücuma, təhqirə məruz qalır. Britaniyada müsəlmanlar yoxsulluqda yaşayır, onlar daha çox işləmək müraciəti edirsə də, digərləri ilə müqayisədə 8 dəfə daha çox iş imtinası alırlar. Onlar bəzən adlarına görə ayrı-seçkiliklə üzləşirlər. Belə yanaşma var ki, guya müsəlman icması Britaniyanı işğal etmək istəyir”.

O xatırladıb ki, Britaniya parlamentinə seçildikdən sonra andiçmə zamanı ingilis dili ilə yanaşı öz ana dili olan urdu dilində and içib və bundan sonra sosial mediada təhqirlərə məruz qalıb:

“Bütün bu ayrı-seçkilik halları müsəlmanların həyatını daha çətinləşdirir, inteqrasiyaya mane olur. İslamofobiya ilə mübarizə həm də irqçiliyə qarşı mübarizədən başlamalıdır. İslamofobiya ilə mübarizədə təşəbbüslərə dəstək vermək lazımdır, Qərb də buna dəstək verməlidir. Azərbaycan kimi ölkələrin bu cür təşəbbüslərinə dəstək vermək lazımdır”.

Share: