Kaliforniya ştatının senatoru Entoni Portantino Azərbaycanın ABŞ-da artan təsir dairəsindən narahat olub.
Müstəqil.Az Kaliforniyada çıxan erməni qəzeti “Asbarez”ə istinadən bildirir ki, bu barədə Senatdan və Assambleyadan olan həmkarlarına yazdığı məktubunda senator özü bəyan edib. O, “Azərbaycan hökumətinin lobbi səylərinin güclənməsinə qarşı tədbirlər görməyə” çağırıb.
Entoni Portantinonu Azərbaycanın Sakramento və Los-Ancelesdə “olmasının artması” narahat edir. Məsələ ondadır ki, bu yaxınlarda Kaliforniya – Azərbaycan Dostluq Assosiasiyası yerli elita ilə daha aktiv işə başlayıb. Bundan başqa, Azərbaycan ötən il Kaliforniya, Ermənistan və Qarabağın əməkdaşlığı məsələləri üzrə Senatda xüsusi komitənin yaradılmasına mane olub.
Entoni Portantino Kaliforniya Ştatı Senatının 25-ci dairəsini təmsil edir, hansında ki, erməni diasporu böyük rol oynayır. Amerika senatoru özü gizlətmir ki, ölkədə ən böyük erməni icmasının olduğu şəhərin təmsilçisidir və “Sakramentoda Azərbaycan lobbisinin güclənməsindən çox təşvişə düşüb”.
Və bu məqamda o, Ermənistanı təcavüzün hədəsinə məruz qalan “dinc və suveren ölkə” adlandırır. Senator ya bilmir, ya da faktları şüurlu şəkildə təhrif edir. Çünki hamı çoxdan bilir və etiraf edir ki, Cənubi Qafqaz dövlətləri arasında bir təcavüzkar var və o da məhz Ermənistandır!
Müstəqil.Az