Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Azərbaycanla olan əlaqələrindən bəhs edib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, o, bunu ilin ilk iclasından sonra keçirilən mətbuat konfransı zamanı bildirib.
“Azərbaycanla əlaqələrimiz və əməkdaşlığımız tariximizin ən yüksək səviyyəsinə çatıb”, – deyə Ərdoğan söyləyib.
O, vurğulayıb ki, Türkiyə dünyada sülhün bərqərar olması üçün səylərini davam etdirəcək.