“Azərbaycanlı çoban” Bakıda evlə təmin olundu…

“O səs Türkiyə” mahnı yarışmasında ifası ilə böyük rezonans doğuran və “Azərbaycanlı çoban” kimi məşhurlaşan gənc ifaçı Pərvin Səfərov mənzillə təmin edilib.

Bu barədə Kult.az-a Pərvin Səfərov özü məlumat verib. İfaçı “AAAF PARK Yaşayış Kompleksi”nin yaradıcılığını genişləndirmək, vokal dərsləri almaq üçün ona müvəqqəti olaraq şərait yaratdığını bildirib:

“Xalq artistləri mənə yarışmada iştirakımla bağlı təmənnasız vokal dərsi keçmək istəsələr də, Bakıda qalmaq üçün nə bir evim, nə də kirayə mənzil tutmağa imkanım var idi. Şirkət məni evlə təmin edərək istədiyim qədər qala biləcəyimi dedi. Sabahdan Bakıya yola düşürəm”.

Müstəqil.Az

Share: