Azərbaycan Milli Məclisinin deputatları Anar Məmmədov və Fazil Mustafa TÜRKPA-nın xətti ilə Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə ediblər.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Daşkənd şəhərində həyata keçiriblər.
Deputatlar Özbəkistanda keçirilən prezident seçkilərində apardıqları müşahidələrlə bağlı fikirlərini şərh edərkən bildiriblər ki, prezident seçkiləri bötüvlükdə sakit keçib və qanun pozuntularına yol verilməyib. Hər məntəqədə seçicilər, müxtəlif partiya nümayəndələri və komissiya üzvləri tərəfindən qeyd olunurdu ki, seçkilər şəffaf şəraitdə keçirilib. Yekun müşahidələrin nəticəsində demək olar ki, seçkilərlə bağlı beynəlxalq qurumlar da öz müsbət rəylərini verib və özbək xalqını təbrik edib.