Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiyanın “Rostov” klubunda avqust ayının ən yaxşı oyunçusu seçilib.
Report xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi azarkeşlər tərəfindən aparılan səsvermədə birinci olub.
Komandanın qapıçısı İlya Abayev ikinci, yarımmüdafiəçi Aleksey İnonov isə üçüncü sırada qərarlaşıb.
Qeyd edək ki, əslən azərbaycanlı olan Ayaz Quliyev Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına çağırılıb.
Müstəqil.Az