Azərbaycanlı gənclər Kievdə aksiya keçirib

Azərbaycanlı gənclər Kievdə aksiya keçirib

Aksiya ərzində “Azadlıq meydanında” üzərində “QARABAĞ AZƏRBAYCANDIR” yazılı plakat nümayiş olunub

 
Ukrayna Azərbaycanlıları Radasının və Azərbaycan Tələbə və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə Vətən müharibəsi qəhrəmanlarını yad etmək, Azərbaycan həqiqətlərini Ukrayna ictimaiyyətinə çatdırmaq məqsədilə Kevdə gənclərin aksiyası keçirilib.
Bu haqda Müstəqil.Az-a UAR-dan məlumat verilib
 
«Azadlıq Meydanında» Azərbaycan Gənclər Fondunun və Diasporla iş üzrə Dövlət komitəsinin dəstəyi ilə keçirilən aksiya zamanı Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi hərbi cinayətlər, erməni vandalizmini haqqında məlumatları əks etdirən bukletlər kievlilərə və şəhərin qonaqlarına paylanıb.
Açıklama yok.
İşğal dövründə Azərbaycanın mədəni irsinə, təbiətinə və mülki əhalisinə qarşı törədilən cinayətlər haqqında paytaxt sakinlərinə məlumat verən gənclər müharibənin mülki insanlar, xüsusilə yeniyetmə və uşaqlarda iz qoyduğu unudulmaz və ağır təsirlər haqqında fikirlər səsləndirərək, erməni vandalizminin səbəb olduğu dəhşətli faktlar barədə insanları məlumatlandırıblar.
Açıklama yok.
Maraqla qarşılanan aksiyada azərbaycanlı gənclərə yaxınlaşaraq daha ətraflı məlumat alan və fotolar çəkdirən Kiyev sakinləri Azərbaycan-Ukrayna dostluğunu bir daha nümayiş etdirərək, ölkəmizə dəstək olduqlarını bildiriblər.
 
Avropanın müxtəlif şəhərlərində keçiriləcək silsilə tədbirlərə Kievdən başladıqları üçün Disapora iş üzrə Dövlət Komitəsini şöbə müdürünün müavini Tural Səfərova, Azərbaycan Gənclər Fondunun İcraçı direktorun müavini Orxan Ərəbova, beynəlxalq əlaqələr şöbəsi donorlarla iş üzrə mütəxəssi İbrahim Mehdiyevə və ASAPIN nümayəndəsi Rafael Hacibəyliyə təşəkkür edən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov Azərbaycan həqiqətlərinin təbliği işinin davam edəcəyini bildirib. UAR aparat rəhbəri Elşad İbrahimov öz növbəsində bildirib ki Ukraynada gənclərlərin kordinasiyası üçün Möminə xanım Səttarovanın rəhbərliyində Radanın Gənclər departamenti təsis olunub.
Açıklama yok.
 
Aksiya müddətində gənclər tərəfindən Azərbaycan xalqına bu böyük Zəfər sevincini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə edilib, şanlı Qələbəni bizə bəxş edən şəhidlər ehtiramla yad olunub, qazilərə şəfa arzulanıb və bir daha “Qarabağ Azərbaycandır” şüarı səsləndirilib.aa
Share: