Azərbaycanlı hakim Yunanıstanda mükafata layiq görülüb

Azərbaycanlı hakim Yunanıstanda mükafata layiq görülüb

Yunanıstanın paytaxtı Afina şəhərində Kikboksinq üzrə Avropa çempionatı keçirilib.

Çempionatda Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının müavini, beynəlxalq “A” dərəcəli hakim Aydın Ağabəyov da ədalət təmsilçisi kimi dəvət edilib.

A.Ağabəyov ədalətli və qüsursuz hakimlik etdiyinə görə Avropa cempionatının ən yaxşı rinq hakimi seçilib. O, çempionatda “Best Referee Ring” mükafatına layiq görülüb.

Share: