Kriminal dairələrdə Tolik Noqinski kimi tanınan azərbaycanlı “qanuni oğru” Taleh Daqliyev Rusiyanın Stavropol diyarında saxlanılıb. Bu barədə məlumatı “Praym Kraym” yayıb.
Nəşrin məlumatına görə, 37 yaşlı kriminal avtoritet “Mineral sular” kurort bölgəsində üzərində heroin ilə saxlanılıb. Bildirilir ki, Tolik Noqinski barəsində Rusiya Cinayət Məcəlləsinin “İri həcmdə narkotik maddələri qanunsuz saxlama” maddəsi ilə cinayət işi başladılıb.
T. Noqinski sorğu zamanı “Mineral sular” bölgəsinə müalicə üçün gəldiyini bildirərək kriminal avtoritet aləmindən uzaq olduğunu deyib.
Qeyd edək ki, Noqinski 2015 və 2017-ci illərdə iki dəfə mühakimə olunub. Belə ki, o, 2015-ci ildə qanunsuz silah saxlamada ittiham olunaraq 1 il müddətinə şərti cəza alıb. Bununla yanaşı, Noqinski 2017-ci ildə narkotik maddələr səbəbindən üç il müddətində məhkumluq həyatı yaşayıb.
Müstəqil.Az