Bəstəkar-müğənni Pərviz Mahmudovun səhhətində problem yaranıb.
Müstəqil.Az xəbər verir ki, bu barədə Olay.az-a onun ailə üzvləri məlumat verib.
Bildirilib ki, sənətçinin bir neçə gün əvvəl beyninə qan sızıb və xəstəxanaya aparılıb. Pərviz hazırda “Leyla Medical”ın reanimasiya şöbəsindədir. Vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, 38 yaşlı bəstəkar Aygün Kazımova, Röya Ayxan, Brilliant Dadaşova, Sevda Yahyayeva kimi sənətçilərə mahnılar bəstələyib. Evlidir, 2 övladı var.
Müstəqil.Az