Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, kinorejissor Tahir Tahiroviç VIII Türk Dünyası Sənədli Filmlər Festivalının münsiflər heyətinin üzvü seçilib.
Kulis.az xəbər verib ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının feysbuk səhifəsində məlumat verilib.
Qeyd edək ki, oktyabr ayında Türkiyədə keçiriləcək festivala 15-dən artıq ölkənin kinematoqrafçıları öz filmlərilə qatılacaqlar.