Azərbaycanlı şahmatçı liderdir

Azərbaycanlı şahmatçı liderdir

Şahmatçılarımızın Avropa uğuru: Rauf Məmmədov 5.5 xalla liderdir

İslandiyanın Reykyavik şəhərində keçirilən kişilər arasında şahmat üzrə Avropa çempionatı davam edir. 

6-cı turda həmyerlimiz Rauf Məmmədovun qurbanı fransalı qrossmeystr Maksim Laqard olub. R. Məmmədov 5 oyunda qalib gəlmiş, yalnız bir oyunda heç-heçə ilə kifayətlənmişdir. O, 5,5 xalla çempionatın yeganə lideridir.

Digər şahmatçımız Nicat Məmmədov isə güclü Çexiya qrosmeystri David Navara ilə heç-heçə oynayaraq, liderlər qrupundakı yerini qoruyub saxlaya bilmişdir. Onun 4,5 xalı vardır.

İsveçrə sistemi üzrə keçirilən çempionatın başa çatmasına beş tur qalır.

Ramil Əkbərov

Share: