Azərbaycanın “Parni iz Baku” komandasının Ermənistanın “Yeni ermənilər” adlı KVN komandasının üzvləri ilə qol-boyun olaraq çəkdirdikləri foto yayılıb.
Müstəqil.Az Yenipress.az-a istinad edərək xəbər verir ki, fotonu erməni sosial şəbəkə istifadəçiləri yayıb. Onlar Soçidə baş verən məlum olaydan sonra keçmiş KVN-çilərin ermənilərə qarşı səsləndirdikləri fikirlərə bu fotonun cavab olduğunu bildiriblər.
Qeyd edilir ki, foto 1994-cü ildə Soçidə çəkilib. Hazırda “Planeta Parni iz Baku”nun yaradıcısı Tahir İmanovun səmimi pozada yanında dayanan şəxsin isə Karen Mantaşyan olduğu bildirilir.
Müstəqil.Az