Azərbaycanlı yazar Rəsmiyyə Sabir qardaş Özbəkistanda “Kitab Dünyası” qəzeti tərəfindən “Abduvali Qutbiddin” xatirəsinə həsr olunan beynəlxalq şeir müsabiqəsinin qaliblərindən biri olub.
Bu haqda Müstəqil.Az-a yazarın özü məlumat verib.
Beynəlxalq şeir müsabiqəsinin minsiflər heyətinə amerikalı şair, Texas Universitetinin professoru Gjeke Marina sədrlik edib. Jürinin üzvləri Vyetnamlı şair Tsikada mükafatıçısı Mai Van Phan, Türkiyəli yazar, İLESAM-ın sədri Mehmet Nuri Parmaksız və Özbəkistanlı yazar Aziz Said olublar.
Qeyd edək ki, müsabiqədə iştirak edən şairlərin şeirlərindən ibarət Özbəkistanda kitab çap olunacaq.
Müstəqil.Az