Azərbaycanlıların və ermənilərin “ruscası”… – Şevçenko

Azərbaycanlıların və ermənilərin “ruscası”… – Şevçenko

Azərbaycan ziyalıları rus dilində rusların filoloqlarından daha yaxşı danışır. Məsələn, Rüstəm İbrahimbəyov rus dilində o qədər təmiz və düzgün danışır ki, ona qulaq asıb rus dilinin dərinliklərini, tələffüzun necə olmasını, nüansları öyrənmək olar. Bu bir etalondur.

Müstəqil.Az xəbər verir ki, bu barədə tanınmış rusiyalı siyasətçi, ictimai xadim Maksim Şevçenko “Düz danışaq” verilişində çıxış edərkən bildirib.

“Azərbaycanlılar rus dilində bir vaxtlar fransız dilində rus zadəganların fransızların özlərindən yaxşı danışdıqları kimi danışırlar. Azərbaycan Prezidenti İlham Əliyevin rus dilində necə danışdığını yada salaq – möhtəşəm, heyrətamiz, zəngin… Və yaxud Mehriban xanım Əliyeva. O, gözəl ədəbi rus dilinə sahibdir. Mən özüm Bakıda, Sumqayıtda, yaxud Gəncədə, necə deyərlər, möhtəşəm rus dilini şəxsən eşitmişəm. Ümumiyyətlə, orada rus dili ilə problem heç vaxt olmayıb”, – deyə o qeyd edib.

Şevçenko bildirib ki, ermənilər barədə bunu deyə bilməz:

“Mən rus dilində ləhcəsiz danışan bir erməni belə tanımıram”.

Müstəqil.Az 

Share: