“Azəriqaz” qanunsuz müdaxiləni aşkarladı

“Azəriqaz” qanunsuz müdaxiləni aşkarladı

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi,  Aşıq Pəri küçəsində yerləşən  fərdi yaşayış evini quşların cəh-cəhi altında seyr edəndə insana malikanələri xatırladır. Ancaq gərək bu evin qaz sayğacına nəzər salmayasan. Çünki malikanə sahibi Nurəddin Həsənovun qaz sayğacına edilən qanunsuz müdaxilə belə deməyə əsas verir. Bakıxanov qəsəbəsinin digər sakini Xuraman Hüseynovaya məxsus malikanə tipli fərdi yaşayış evinin də sayğacında eyni hal aşkarlanıb. 

“Qafqazinfo” xəbər verir ki, qonşu küçələrin qonşudan qalma dala prinsipini isə işçi qrupunun əməkdaşları aydınlığa çıxarıb.

Kənar müdaxiləyə məruz qalan hər 2 malikanə tipli fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirilib. Abonentlərin razılığı ilə ilk olaraq sayğaclara vizual baxış keçirilib və qanunsuz kənar müdaxilə halı təsdiq olunub.


Bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilərdən uzaq durmağa çağırırıq. Əks halda qanun çərçivəsində tədbirlər görüləcək.

Daha ətraflı video materialda:

https://youtu.be/Ds9AQ1u99ss


Share: