Növbəti həftə (21-23.11.2022 və 25.11.2022 tarixləri) daha 1 şəhər və 3 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Astara rayonunda (Mədəniyyət Evi), 2-ci günü saat 13:00-dan 14:00-dək Lənkəran şəhərində (Mədəniyyət Mərkəzi), 3-cü günü saat 11:00-dan 12:00-dək Masallı rayonunda (Heydər Əliyev Mərkəzi), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Biləsuvar rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.