“Azərişıq”-da Heydər Əliyevə həsr edilmiş konfrans

“Azərişıq”-da Heydər Əliyevə həsr edilmiş konfrans

“Azərişiq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti  ilə  konfrans keçirilib. Virtualaz.org xəbər verir ki, tədbiri giriş sözü ilə “Azərişiq” Sədrinin müşaviri, YAP-ın “Azərişıq” yerli təşkilatının sədri Tanrıverdi Mustafayev açaraq  Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən, ölkə və xalq qarşısında tarixi  xidmətlərindən danışıb.

T.Mustafayev qeyd edib ki, gələcək nəsillər üçün ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyəti daim örnək olacaq.

 

Daha “Azərişiq” sədrinin köməkçisi Xalid Təhməzov çıxış edib və bildirib ki, Heydər Əliyev  iqtisadiyyatın bütün sahələri ilə yanaşı energetika sahəsinə də böyük diqqət və qayğı ilə yanaşıb.  O, qeyd edib ki,  hələ sovet dönəmindən Heydər Əliyevin  rəhbərliyi sayəsində Azərbaycanda elektroenergetika sahəsi sürətli inkişaf mərhələsi keçmişdi, ölkədə indi də enerjisistemin əsaslarını təşkil edən bir sıra istilik və su elektrik stansiyaları məhz onun rəhbərliyi dövründə tikilib.

 

Tədbirdə Strateji Araşdırma və Planlaşdırma  şöbəsinin rəis müavini Elşən Məmmədov, Strateji Araşdırma və Planlaşdırma  şöbəsinin baş mütəxəssisi Elvin Şıxaliyev, İşlər idarəsinin baş mütəxəssisi  Asəf Qasımov, mətbuat xidməti rəhbərinin müavini Pərvanə Kazımzadə  və digərləri də çıxış ediblər. Çıxışlarda qeyd olunub ki,   90-cı illərin əvvəlində ölkəmizdə hökm sürən siyasi xaosu, iqtisadi tənəzzülü məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində aradan qaldırmaq mümkün olub. Azərbaycan dövləti onun idarəçiliyi sayəsində çökməkdən xilas edilib, ölkə uzunmüddətli stabillik, sosial-iqtisadi inkişaf və hərbi quruculuq erasına qədəm qoyub.

 

Çıxışlarda sovet dövrünün çətinlikləri şəraitində ümummilli lider Heydər Əliyevin öz xalqı üçün gördüyü işlər xatırladılıb, milli kadrların yetişdirilməsi və onların siyasi idarəçilik institutlarında yerləşdirilməsinin əhəmiyyəti haqqında danışılıb.

Müzakirələrin sonunda “Azərişıq” ASC-nin sədr müavini və YAP təşkilatının sədri T.Mustafayev ümummilli liderin göstərdiyi misilsiz xidmətlərin daim qədirbilən xalqımız tərəfindən xatırlanacağını qeyd edib.

 

O, Heydər Əliyevin irsinin öyrənilməsinə dair  tədbirlərin təşkilinin indiki nəsil üçün yüksək əhəmiyyət daşıdığını deyib, belə tədbirlərin davamlı keçirilməsinə ehtiyac olduğunu qeyd edib.

Müstəqil.Az

Share: