2024-cü ildə yeni çeşidləmə mərkəzləri tikiləcək. Cari ilin əsas hədəflərindən digəri isə İT infrastrukturunun modernizasiyasıdır.
“-Economics” xəbər verir ki, bunu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev ötən ilin yekunlarına dair hesabatın təqdimatı zamanı deyib.
O bildirib ki, cari il ərzində “Azərpoçt” MMC-nin inzibati binalarının təmiri əsas hədəflərdəndir: “Bundan başqa, müştəri loyallığı indeksinin artırılması da qurumun əsas hədəflərindən biridir”.