“Azərsu” ASC-yə məxsus avtomobil ağır qəza törədib.
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində baş verib.
Belə ki, qəsəbələrarası su xətlərinin çəkilməsi ilə əlaqədar ərazidə işləyən ASC-nin əməkdaşı Əliəkbər Şıxıyevin idarə etdiyi “QAZ 330232” markalı avtomobili geriyə hərəkət edən zaman 68 yaşlı Atlas Əsədovanı vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.