“Azad edilmiş ərazilərdə 7 yeni şəhər salınmalıdır”

“Azad edilmiş ərazilərdə 7 yeni şəhər salınmalıdır”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hər şey tamamilə dağıdılıb. Burada yeddi yeni şəhər salınmalıdır”.

Müstəqil.Az  xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti üçün prioritet ölkənin işğaldan azad edilmiş ərazilərinin bərpasıdır.

“Biz, ABŞ şirkətlərini sərmayə qoymağa və bu prosesdə iştirak etməyə təşviq edirik”, – Prezidentin köməkçisi vurğulayıb.

H.Hacıyev qeyd edib ki, ölkə qarşısında hər şeyi sözün əsl mənasında sıfırdan qurmaq kimi çətin vəzifə dayanır.

Müstəqil.Az

Share: