Azad rayonlarda böyük quruculuq işləri Ermənistan rəhbərliyini niyə qorxudur?

Azad rayonlarda böyük quruculuq işləri Ermənistan rəhbərliyini niyə qorxudur?

Faiq Balabəyli: “Azərbaycanın azad etdiyi torpaqlarında apardığı quruculuq işləri erməni adlanan bu sürünü vahimələndirir”

imgAzərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində genişmiqyaslı fəaliyyətə başlayıb. Artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılmaqdadır. Təbii ki, Prezident İlham Əliyevin həmin ərazilərə səfərləri zamanı yeni-yeni obyektlərin təməlinin qoyulması da işlərin ardıcıllıqla davam etdiyini göstərir.

Dövlət başçısının, demək olar ki, bütün çıxışlarında, xarici ölkələrin nümayəndələri ilə təmaslarında da Qarabağın bərpası əsas müzakirə mövzusu olur. Prezident İlham Əliyev bu mövzuda danışarkən işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrastruktur layihələri, investisiyaların cəlb olunması barədə məlumat verir. Bildirir ki, həmin ərazilərdə yenidənqurma prosesi gedir, qarşıda nəhəng işlər durur və böyük bir ərazi tamamilə yenidən qurulacaq. Artıq bu istiqamətdə lazım olan hər bir iş görülür. Əhalinin rahat şəkildə yaşayışı üçün infrastruktur yenidən qurulur.

Onu da qeyd edək ki, Ermənistan hakimiyyəti işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin aparıldığını görür. Həmçinin, bu işlər Qarabağ ermənilərinin gözünün önündə baş verir. Ekspertlər hesab edir ki, Qarabağ erməniləri  həmin ərazilərin yaşayış üçün hansı vəziyyətə salındığını gördüklərindən Azərbaycanla əməkdaşlığa can ata bilərlər. Bu səbəbdən də Ermənistan rəhbərliyi sərhədlərdə təxribatı intevsivləşdirir, sülh sazişinin imzalanmasına maneçilik törədir. Bununla da onlar Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bərpa işlərinə mane olmaq istəyir. Qarabağ ermənilərinin, nəhayət ki, Ermənistan dövlətindən üz döndərib Azərbaycan siyasətinə tabe olmaq perspektivlərinin qarşısını almaq istəyirlər.

  • “Ermənilərin qorxması onların Azərbaycandan həm hərbi, siyasi, həm də iqtisadi cəhətdən zəif olmalarını tam çılpaqlığı ilə ortaya qoyur”

Müstəqil.az saytının rəhbəri Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ermənilərin azad olunmuş rayonlarımızda aparılan quruculuq işlərindən qorxması təbiidir: “Bu qorxu hisslərini yaşamağı, həm də büruzə verməyi bacarırlarsa, demək bu canlılarda qorxu hissləri ilə yanaşı, az da olsa, ağıl var. Ümumilikdə,  bu insan cildində olanlarda ağıl deyilən bir şey olsa idi, bu qədər naqisliyi özlərinə rəva bilməzdilər”.

F.Balabəylinin sözlərinə görə, Ermənistan 30 ilə yaxın bir müddətdə torpaqlarımızı işğal etdi, ərazilərimizi öz adlarına çıxardı və dünyaya bar-bar bağırdı ki, bu yerlər guya onların əzəli torpaqları olub və onlar guya öz torpaqlarını azad ediblər: “Təəssüf ki, beynəlxalq ictimaiyyət onların bu yalanına inandı. Erməni və ermənipərəst ölkələr onların bu avantürüst istəklərini, iddialarını həqiqət kimi görməkdə, göstərməkdə israrla davam edirdilər. Ancaq onların bu yalanı aşkar olundu. Torpaqlarımızı bu həşarat sürüsünə tay olan erməni faşistlərindən geri aldıq. Bu zaman erməni xisləti daha qabarıq və çılpaqlığı ilə göründü. Deyim ki, bu illərlə apardığımız ideoloji, siyasi mübarizələrimizdə həqiqətlərimizin, torpaqların məhz Azərbaycana aid olmasını sübutlayan hallardan biri elə erməniləri öz əməlləri oldu. Erməniləri də qorxuya salan budur. Sual olunur, 30 ilə yaxın bir müddətdə siz işğal etdiyiniz bu ərazilərdə daşı daş üstünə qoydunuzmu? Abadlıq işləri apardınızmı? Yox, əlbəttə. Demək bu ərazilər sizə məxsus olmayıb. Olsaydı, siz daşı daş üstünə qoymağa iqtisadi gücünüz olmasa da, heç olmasa şəhər və kəndləri, tarixi abidələri viran qoymazdınız. Demək Azərbaycanın azad etdiyi torpaqlarda apardığı quruculuq işləri erməni adlanan bu sürünü vahimələndirir. Bütün dünya görür ki, torpağın əsl sahibi kimdirsə, geri qayıdıb, viran qalmış şəhər və kəndləri abad edir, yol çəkir, mədəni və tarixi irsə sahib çıxır. Bu qorxu həm də ermənilərin hərbi, siyasi, iqtisadi cəhətdən zəif olmalarını tam çılpaqlığı ilə ortaya qoyur”.

Günel CƏLİLOVA

Bakı Xəbər

Share: