azadlığın tələsi” tarixi romanı çapdan çıxıb

azadlığın tələsi” tarixi romanı çapdan çıxıb

Əməkdar jurnalist, yazıçı Yunis Orucovun  “Boraltan – azadlığın tələsi” tarixi romanı çap edilib.

“Qafqazinfo” xəbər verir ki, roman İkinci Dünya müharibəsi illərində qırmızı terrordan qaçaraq qardaş Türkiyəyə sığınan, lakin 1945-ci ildə Stalinin tələbi ilə CHP (Cümhuriyyət Xalq Partiyası) hökumətinin zorla SSRİ-yə təhvil verdiyi soydaşlarımızın məşəqqətli və nakam taleyinə həsr olunub.

Tarixi faktlar əsasında yazılan roman son 100 ildə Türkiyə tarixində baş vermiş hadisələr fonunda işlənib, sovet əsgələrinin elə sərhəddəcə güllələdiyi 146 azərbaycanlının keçdiyi çətin və iztirablı yola işıq tutub.

Qeyd edək ki, bu, yazıçının tarixi janrda yazdığı ikinci romanıdır. Ötən il müəllifin böyük oxucu rəğbəti qazanan “Nargin – saralmış kədər” romanı işıq üzü görmüşdü. Hər iki roman MİMTA yayınlarının dəstəyi ilə çap olunub.


Share: